Fəxri adı olan aktyorlara medallar verilib FOTO


Digərləri 15 Sen 2018 23:48:00 243 0

Fəxri adı olan aktyorlara medallar verilib FOTO

Azərbaycan Prezidentinin sərəncamları ilə yüksək fəxri adlara layiq görülmüş teatr xadimlərinə və aktyorlara vəsiqələrin təqdim edilməsi ilə bağlı sentyabrın 15-də Akademik Milli Dram Teatrının yeni yaradılan Abbas Mirzə Şərifzadə adına səhnəsində tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevanın da qatıldığı tədbir Akademik Milli Dram Teatrının yeni mövsümünün açıldığı günə təsadüf edib.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək 146-cı teatr mövsümünün açılması münasibətilə Akademik Milli Dram Teatrının kollektivini və fəxri ad alan yaradıcı insanları təbrik edib.


Xəbərə aid fotolar