Dünyanın ən zərərli mətbəxləri


Dünya 15 Sen 2018 23:21:00 310 0

Dünyanın ən zərərli mətbəxləri

Ekspertlər insan səhhətinə daha çox ziyanlı olan dünya mətbəxlərinin siyahısını tərtib ediblər.

Son.az oxu.az-a istinadən bildirir ki, ən yüksək kalorili yeməklər Çexiyaya məxsusdur. Burada milli mətbəxin mayalı xəmirdən hazırlanmış yeməkləri pivə ilə qəbul edilir. Elə bu səbəbdən də ölkədə çox sayda insan piylənmədən əziyyət çəkir.

İkinci yerdə ABŞ-ın milli mətbəxidir. Ölkədə burgerlər, pitsalar, həmçinin Çin mətbəxinin müxtəlif yeməkləri üstünlük təşkil edir.

Üçüncü - Almaniyadır: donuz əti, sosiskalar və kolbasalar, şnitsel və əlbəttə ki, pivə.