Pulunuz cibinizdə qalsın: dərinizi evdə gəncləşdirin –


Digərləri 15 Sen 2018 22:55:00 235 0

Pulunuz cibinizdə qalsın: dərinizi evdə gəncləşdirin –

Gözəl bir dəriyə sahib olmaq və illərə meydan oxumaq hər qadının xəyalıdır. Bu baxımdan məhz dərimiz xarici görünüşümüzün ən mühüm parçasıdır. İstədiyimiz qədər gözəl bir dəri və cizgilərə sahib olaq, ancaq dərimiz sağlam deyilsə, bunun heç bir qiyməti olmaz.

Ən sadə yolu sağlam qidalanmaqdır

Gözəl dəriyə sahib olmağın yolu onu qorumaqdan və baxımdan keçir. Dərinin qırışmaması, sallanmaması və ləkələnməməsi üçün ediləcək nəsnələr əslində çox sadədir. Ən asan yol isə sağlam qidalanmaqdır.

Dəri üçün bədənə lazımlı vitamin, mineral, antioksidan və protein qəbulu şərtdir. Buna görə öz balansında ət, süd məhsulları və çərəzlər yemək, qidalanmada meyvə, tərəvəz və paxlalılara yer vermək lazımdır. Onu da unutmayın ki, yüksək karbohidratlı qidalar dərini yaşlandırır, qırışdırır, sallanmasına səbəb olur. Buna görə xəmir işi və şəkərli qidalardan uzaq durun.

Erkən yaşda dəridəki sallanma və üz ovalının pozulmasının ən əsas səbəblərindən biri isə kökəlib arıqlamaqdır. Buna görə kökəlməməyə çalışın.

Qırışmanın ən əsas səbəbi günəşdir

Üz dərisinin qırışmasının ən vacib digər səbəbi isə günəşdir. Təəssüf ki, sadəcə yayda deyil, qışda da pəncərənin arxasında otağa saçan günəş şüaları bizi yaşlandırır. Yay, ya qış demədən bayıra çıxarkən ən az 30 qoruyucu faktorlu günəş kremi vurmağı unutmayın. Bu arada göz ətrafı və boyun dərisini də günəşdən qorumağa laqeyd yanaşmayın.

Dərimizin ifraz etdiyi yağlar çox sevilməsə də, əslində çox faydalıdır. Misal olaraq, dərinin sebum yağı dəri üçün faydalı olan vitamin, mineral, antioksidan tərkiblidir. Sebum dərini qidalandırır. Sebum az olan bölgələrdə hüceyrə də azdır. Bu kasadlıq gözətrafı, boyun və əllərdə daha çox olduğundan həmin bölgələr daha tez qırışır və sallanır. Bu, eyni zamanda quru dərilərin niyə tez qırışdığını da açıqlayır. Buna görə gözətrafı, əl və boyun bölgələri üçün gənc yaşlardan etibarən zəngin nəmləndirici kremlər istifadə edilməlidir.

Üz qırışması və sallanmasına səbəb olan bir digər səbəb isə üzüstü və ya yan yatmaqdır. Əslində ən ideal yatış forması kürəyi üstə olsa da, bir çox insan bunu bacarmır. Ancaq  kürəyi üstə yatmağı vərdiş halına gətirin.