Üzdəki sızanaqlar xəstəlikdən xəbər verir


Digərləri 15 Sen 2018 22:40:00 291 0

Üzdəki sızanaqlar xəstəlikdən xəbər verir

Üzünüzdəki sızanaqlar xəstəliklərin də xəbərçisi ola bilər.

Burnun üzərinə çıxan sızanaq ürək sağlamlığı ilə bağlıdır. Burun və ətrafında çıxan sızanaqlar yüksək təzyiq xəbərçisi də ola bilər. Enerji içkiləri və duzdan uzaq durun, meyvə-tərəvəz yeməyə diqqət edin.

Çənədə çıxan sızanaqlar bağırsaq ilə əlaqəlidir. Südlü və yağlı qidalardan uzaq durun.

Alt yanaqdakı sızanaqlar ağız və dişlərlə bağlıdır. Müntəzəm olaraq dişlərinizi fırçalayın və ağzınızı yuyun. Şəkərli qida və içkilərdən uzaq durun.

T bölgəsində çıxan sızanaqlar qaraciyərlə bağlıdır. Qidalanmanıza diqqət edin və spirtli içkini azaldın.