Uşağı gec yeriyən valideynlərin nəzərinə:


Digərləri 15 Sen 2018 22:50:00 425 0

Uşağı gec yeriyən valideynlərin nəzərinə:

Övladının yeriməyini görmək bütün ana-ataların arzusudur. Türkiyəli pedaqoq Əminə Ergünün uşaqların gec yeriməsi ilə bağlı fikirlərini təqdim edirik.

Yerimək uşaqlar üçün vacib bir hadisədir. Müstəqilliyin ilk və əhəmiyyətli pilləsidir. Uşaqlar iməkləyərək bir çox yerə özü çata bilir, əldə edə bilmədiklərinə isə əllərini uzadaraq nail olur. Lakin yeridikdən sonra artıq hərəkət qabiliyyəti artır və istədiyi yerə, hədəfə çata bilir: "İnkişaf müddətində uşaqların 8-10 aylığında iməkləməsini, 12-14 aylığında yeriməsini gözləyirik. Bəzən uşaqlar iməkləmədən birbaşa yeriməyə başlayırlar. 8-10 aylığında iməkləməyən uşağın 11-12 aylığında ayağa qalxıb yeridiyinin də şahidi oluruq. Bu cür vəziyyət inkişafın ən əhəmiyyətli xüsusiyyətlərindən biridir və narahat olacaq bir hal deyil".

Sirr deyil ki, tez yeriyənlər kimi gec yeriyən uşaqlar da var: "Bir uşağın yeriməsi üçün maksimum gözləmə müddəti 15-18 aya qədərdir. Artıq 18 aylıq bir uşaq ayağa qalxmırsa, addımlayaraq, tutaraq və ya əlindən tutan zaman heç yerimirsə, mütləq müayinə edilməlidir".

Ə. Ergünün uşaqların gec yerimə səbəblərini bu cür sıralayıb:

Fiziki inkişaf problemi Zehni inkişaf problemi Əzələlərlə bağlı problemlər Sümük əyriliyi Vitamin əskikliyi Körpə vaxtı D vitamini verilməməsi Ana-ataya həddən artıq bağlılıq Uşağın həddən çox qucaqda saxlanması Yerimək istəyən uşağın bir neçə dəfə yıxılması nəticəsində qorxu yaranması