Cinsi həyatın sağlamlığa


Digərləri 15 Sen 2018 22:20:00 303 0

Cinsi həyatın sağlamlığa

Cinsi həyatın normal olması insanın ümumi sağlamlığında böyük rol oynayır.

Müxtəlif ölkələrdə aparılmış araşdırmalar göstərir ki, müntəzəm cinsi həyat (həftədə 1-2 cinsi akt) insan sağlamlığına müsbət təsir edir və hətta bəzi xəstəliklərin inkişafından qoruyur.

Son.az saglamolun.az-a istinadən müntəzəm cinsi həyatın insan sağlamlığına olan təsirini sizə təqdim edir:

1. Stressi azaldır.

Şotlandiya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, seks orqanizmdə stressin səviyyəsini azaldır. Araşdırmanın nəticələri "Bioloji psixologiya" jurnalında dərc olunub.

2. İmmun sistemini möhkəmləndirir.

Analizlər göstərib ki, həftədə 1-2 cinsi aktı olan insanlarda immun hüceyrələrinin səviyyəsi daha yüksəkdir.

3. Ürək-damar sisteminin vəziyyətini yaxşılaşdırır.

Cinsi əlaqə zamanı qan dövranı yaxşılaşır ki, bu da ürək-damar sisteminə müsbət təsir edir və hətta ürək tutmalarının riskini azaldır.