Anaları narahat edən hal: monqol ləkəsi özözünə gedirmi?


Digərləri 15 Sen 2018 21:55:00 438 0

Anaları narahat edən hal: monqol ləkəsi özözünə gedirmi?

"Moğol ləkəsi" və ya "monqol ləkəsi" kimi tanınan doğuş ləkələri yeni anadan olan körpələrdə daha çox olur. Bəs bu ləkələr necə müalicə edilir?

Doğuş ləkələri normalda dəridə olan qan damarları və ya dəriyə rəngini verən pigment hüceyrələrindəki pozuntular nəticəsində yaranır. Daha çox omba və bel hissələrində müşahidə edilir. Ləkələr bir və ya birdən çox ola bilər. Ölçüləri bir neçə santimentrdən 20 sm-ə qədər ola bilər. Uzunluq baxımından digər doğuş ləkələrindən böyük ola bilər, lakin bədən sahəsinin 5 faizindən artıq yeri tutmur.

Monqol ləkəsi kimlərdə olur?

Moğollarda, türklərdə, cənub-şərqi Asiya xalqlarında, şimal və orta Asiya türklərində, şərqi afrikalılarda, qırmızı dərililərdə daha çox rast gəlinir. Normalda doğuşdan 3-5 il sonra və ya ən geci yeniyetmə yaşında yoxa çıxır. Statistik olaraq bu fakta baxsaq, şərqi Asiya xalqlarının uşaqlarının demək olar ki, hamısı monqol ləkəsi ilə dünyaya gəlir. Bu nisbət 95-100 faiz arasındadır. Ana və ya atanın sadəcə birinin asiyalı olan uşaqlarda da əsasən monqol ləkəsi ola bilər. Şərqi Afrika uşaqlarının 90-95 və qırmızı dərililərin 85-90 faizində müşahidə edilir. Bundan başqa, Latın amerika xalqlarının 50-70 faizində rast gəlinir.

Monqol ləkəsi öz-özünə gedirmi?

Monqol ləkələrinin rəngi bir az tündləşir, ilk bir ildə öz-özünə yoxa çıxmağa başlayır. 6 yaşınadək qalıcı ola bilən ləkələr də var. Çox nadir hallarda bu ləkələr yetkinlik yaşınadək qala bilər və ciddi estetik problemlərə səbəb olur. Bu cür hallarda lazer epilyasiyası vasitəsilə problem həll edilir.

Metabolik xəstəliklərlə birlikdə ortaya çıxır