Prezident seçkiləri Ukrayna üçün növbəti imtahan olacaq


Dünya 15 Sen 2018 21:57:00 223 0

Prezident seçkiləri Ukrayna üçün növbəti imtahan olacaq

Ukraynada keçiriləcək prezident seçkiləri ölkəmizin demokratiya istiqamətində növbəti imtahanı olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Ukraynanın Baş naziri Vladimir Qroysman Kiyevdə keçirilən beynəlxalq konfransda çıxışında deyib.

"Ukraynanın bir çox siyasətçiləri seçki kampaniyası zamanı əvvəlkindən daha çox populist olacaqlar. Düşünürəm ki, gələcəkdə təhlükəsiz, keyfiyyətli, müasir Ukrayna üçün sadəcə populist çıxışlar yox, konkret işlər görmək lazımdır", - deyə V.Qroysman əlavə edib.