Məktəbə gedən uşağı bu tibbi müayinələrdən mütləq keçirin –


Digərləri 15 Sen 2018 21:05:00 249 0

Məktəbə gedən uşağı bu tibbi müayinələrdən mütləq keçirin –

Sentyabrın 15-dən yeni tədris ili başlayır. Daha çox 1-ci sinfə qəbul olunan uşaqları valideynlər poliklinikalarda tibbi baxışdan keçirib sağlamlıq haqqında rəy alırlar.

Amma təkcə birincilər yox, digər sinif şagirdləri də xüsusi olaraq məktəb öncəsi bəzi müayinələrdən keçsələr, həm valideynlərin ürəyi rahat olar, həm uşağın sağlamlığı yerində olar, həm də digər uşaqlara təhlükə şəraiti yaranmaz.

Son.az medicina.az-a istinadən məktəbə gedəcək uşağın fərdi olaraq, yaxşı olar ki, pediatr təyinatı ilə klinikada keçməli olduğu müayinələrin siyahısını təqdim edir:

-Qanın ümumi analizi - orqanizmdə iltihabi prosesin olub-olmaması, qan azlığı və s. problemlər dəqiqləşməlidir. Anemiyası olan uşaq dərs rejimində daha da zəifləyəcək.

-Nəcisin -sidiyin ümumi analizi - qurd invaziyaları, bağırsaq problemləri və s.  Bir şagirddə qurd olması digər uşaqları da təhlükə altında qoyur.