Soyuq havada xəstəliklərdən belə qorunun


Digərləri 15 Sen 2018 20:55:00 236 0

Soyuq havada xəstəliklərdən belə qorunun

Payız və qış aylarının soyuq günlərində xəstəliklərdən qorunmaq üçün xüsusilə C vitamini ilə zəngin qidalara önəm vermək lazımdır. Bununla yanaşı digər vitaminləri də təxirə salmayın.

Əsasən C, A və E vitamini baxımından zəngin olan qidalar yeyin. Güclü metabolizmanın təməlində kifayət qədər və balanslı qidalanma durur. Qidalanmada C vitamininə xüsusi yer verilməlidir. Bu vitamin yaşıl bibər, cəfəri, gül kələmi, tərə, ispanaq, portağal, limon, naringi, itburnu kimi qidalarda bol miqdarda var.

Digər vacib antioksidan olan E vitamininin zəngin qaynaqları fındıq, qoz, badam kimi yağlı toxumlar, duru yağlar, yaşıl yarpaqlı tərəvəzlər, quru paxlalılar və taxıl kimi qidalardır.

A vitamini də güclü antioksidandır. Yumurta, süd, balıq, ispanaq, portağal, kök, yaşıl bibər, ərik kimi sarı, narıncı və yaşıl meyvə və tərəvəzlərdə var. Həftədə 2-3 dəfə quru lobya, noxud, mərcimək kimi quru paxlalılar yeyilməlidir.

Yemək zamanı qatıq, ayran və ya kefirə mütləq yer verilməlidr. Gün ərzində çalışın bol miqdarda su için. Çay və ya qəhvə yerinə bitki çayları için. Onların arasında itburnu, adaçayı, cökə kimi bitki çaylarına üstünlük verin. Bunların isə bədənə təsirlərini nəzərə alaraq, təbii üsullarla qurudulmuş olması və çay halına gətirilməsi üçün dəmlənmə müddətinə xüsusi diqqət edilməlidir.

C vitamini başda olmaqla hər yemək zamanı meyvə və tərəvəz yemək vacibdir. Şorba kimi maye dəyəri yüksək olan yeməklərə üstünlük verin, bədəndən toksin maddələrin uzaqlaşdırılması üçün bol su için.

Soyuq havada ürəyinizi qoruyun