Eşq, yoxsa sevgi?


Digərləri 15 Sen 2018 20:50:00 420 0

Eşq, yoxsa sevgi?

Eşqin müvəqqəti, sevginin isə sonsuz olduğunu deyən türk psixoloqu Çisem Doğanlaroğlu Özkan sevgi ilə eşq arasındakı fərqləri sıralayıb.

Eşqin qaynağı beynin kimyəvi maddələridir

Eşqin qaynağını araşdıran alimlər eşq ilə bağlı neyrokimyəvi maddələrin testesteron, esterogen, dopamin, serotonin, oksitosin, vasopressin və endorfinlər olduğunu müəyyən ediblər. Bu neyrokimyəvi maddələr sayəsində eşqə düşdüyümüz andan etibarən qarşımızdakı şəxsə yaxınlıq etmək istəyi artır. Aşiq olduğumuz şəxsi gözümüzdə daha cazibəli və vazkeçilməz edən isə elə bu kimyəvi maddələrin varlığıdır. Bu kimyəvi maddələr sayəsində aşiq olduğumuz andan özümüzü daha energetik və coşğun hiss edirik. Ətrafımız heç vaxt olmadığı qədər rəngli və möhtəşəm görünür. Hamıya qarşı yaxşı davranmağa başlayarıq.

Sevgi bağlılıqdır

Sevgi bir şəxsə qarşı duyulan diqqət və bağlılıq hesab edilir. Sevginin yaranması üçün müəyyən bir zaman lazımdır.

Sevgi güvəniləcək limandır

Bir insanı sevə bilmək üçün onu tanımaq lazımdır, aşiq olmaq üçünsə lazım deyil. Belə baxanda, eşq təhlükəli sularda üzmək kimidir. Sevgi isə fırtınalara hazırlıqlı olan bir limandır.

Eşq ötəridir

Araşdırmalara görə, ən uzun eşq orta hesabla 8 ay davam edir. Araşdırmalar zamanı eşqin ömrünün sadəcə bioloji səbəblərlə bağlanmayacağı müəyyən edilib. Aşiqin psixologiyası, sosial mədəni amilləri də eşqin müddətini təyin edir.