Məktəbə getmək istəməyən uşaqla necə rəftar etməli?


Digərləri 15 Sen 2018 20:36:00 331 0

Məktəbə getmək istəməyən uşaqla necə rəftar etməli?

Hər bir uşaq məktəbə getmək zamanı yetişdiyində müxtəlif reaksiya göstərə bilər. Bəziləri məktəbə getmək istəmədiyini əvvəlcədən göstərsə də, bəziləri sonradan bunu büruzə verir.

Hətta bəziləri istəksizliyini "məktəbə getmək istəmirəm" deyə ifadə etmək yerinə "ayaqqabım sıxır", "qarnım ağrıyır" kimi bəhanalər səsləndirirlər.

Mütəxəssislər isə valideynlərin bu kimi vəziyyətlərdə düzgün davranmalı olduqlarına diqqət çəkirlər.

Son.az medicina.az-a istinadən bildirir ki, əsasən 5 və 11-12 yaşlarda olan uşaqlarda rast gəlinən bu hallar düzgün şəkildə həll edilməzsə, uşağın psixologiyasını ciddi zədələyə bilər.

Bəs uşaqları məktəbdən soyutmadan problemi həll etmək olarmı?

Məktəb bazarlığını birlikdə edin

Birlikdə edəcəyiniz məktəb alış-verişi uşaqların motivasiyasının artmasına kömək edir. Öz zövqünə görə alınmış məktəb ləvazimatlarını istifadə etmək həvəsi uşaqda məktəbə getməyə həvəs yaradacaq. Bundan başqa, geyinəcəyi paltarları, götürəcəyi çantanı uşaqla birlikdə hazırlamaq şagirddə məsuliyyət hissi yaradır.

Məktəbə daha rahat adaptasiya ola bilməsi üçün ilk gün yanında olmağa çalışın

Tətildən sonra məktəb rejiminə keçmək uşaqları məktəbdən soyudan amillərdəndir. Bunun nə qədər çətin olduğunu başa düşmək lazımdır. İlk gün onun yanında olaraq sinif yoldaşları və müəllimləri ilə tanış olmasına kömək edin. Bununla da uşağınız özünü daha komfortlu hiss edəcək. Lakin məktəbdə bir neçə gündən artıq görünməyiniz uşağın adaptasiya prosesinə zərər göstərəcək. Buna görə də uşağınıza müəllimi ilə daima əlaqədə olduğunuzu və hər hansı problem yarandıqda dərhal məktəbə gedəcəyinizi deyərək onun özünü güvənli hiss etməsini təmin edin.

Narahatlıqlarını, duyğularını ifadə etməsinə icazə verin

Uşaqlarınızın yaşadıqlarını, kiçik təcrübələrini danışmaları üçün şərait yaradın. Hətta nələr hiss etdiklərini, qorxularını, narahatlıqlarını dilə gətirmələrinə kömək edin. Qayğı, qorxu kimi kəlmələyi istifadə etmələrindən narahat olmayın. Bunların səbəblərini uşağın qəlbini qırmadan öyrənin. Qorxularının əbəs olduğunu onlara başa salmağa çalışın.

Müəllimlərindən kömək istəyin

Uşaqlarınızın keçirdikləri qorxu və narahatlıqların səbəbini öyrənmisinizsə, bununla bağlı müəllimlərinə məlumat verin. Adaptasiya müddətində də müəllimlə daima əlaqədə olun.

Məktəbdə zövq aldığı nüansları öyrənməyə çalışın