Bakıda ruhi əsəb xəstəsi olan 25 yaşlı qız itkin düşdü


Digərləri 15 Sen 2018 20:38:00 241 0

Bakıda ruhi əsəb xəstəsi olan 25 yaşlı qız itkin düşdü

Bakıda gənc qız itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi ev 24 a-da yaşayan Məmmədova Tahirə Nəriman qızı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 1993-cü il təvəllüdlü Hacıyeva Aygün Nüsrət qızı avqustun 28-də gecə saat 23 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Məlumata görə, A.Hacıyeva ruhi əsəb xəstəsidir.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılır.