Bu qidalar cinsi istəyi azaldır


Digərləri 15 Sen 2018 20:40:00 336 0

Bu qidalar cinsi istəyi azaldır

Ər-arvad arasında cinsi uyğunsuzluğun böyük problemlərə səbəb olduğu sirr deyil. Burada qida və içkilərin də az rolu yoxdur.

Sekslə qida və içkilər arasındakı kompleks əlaqənin kəşf edilməsinə yönəlmiş araşdırmalar artaraq davam edir. Elm adamları bu mövzuda davamlı olaraq yeni təcrübələr aparır və cinsi gücə təsiri olan qida və içkilər siyahısı tez-tez yenilənir. Seks istəyi və gücünün azalmasına səbəb olan bu qida və içkilərdən tamamilə uzaq durmaq lazımdır. Amma sağlam bir seks həyatı üçün bunların "azı qərar, çoxu zərər" məntiqiylə yeyilməsində fayda var.

Süni dadlandırıcılı qida və içkilər

Çəki artımının qarşısını almaq məqsədilə yeyilən pəhriz məhsullarında istifadə edilən süni dadlandırıcıların tərkibi aspartan, xoşbəxtlik hormonu kimi tanınan serotonin hormonunun dəyərini aşağı salaraq baş ağrısı, depressiya, əsəb və yuxusuzluq kimi problemlərə səbəb olur. Eyni zamanda cinsi istək qaynağı olaraq tanınan serotonin səviyyəsinin aşağı düşməsi, seks istəyində azalma yaşanmasına səbəb olur. Bundan başqa, aspartan bədəndəki sinir sistemi oyandırıcı mexanizmə də mənfi təsir etdiyi üçün cinsi gücün azalmasına səbəb olur.

Qazlı içkilər

Yüksək miqdarda şəkər tərkibi olan qazlı içkilərin başda diabet və piylənmə olmaqla ciddi sağlamlıq problemlərinə səbəb olması tədqiqatçılar tərəfindən təsdiqlənib. Bu içkilərin cinsi istəyi azaltmaq kimi mənfi təsirinin olması da sübut edilib.

Konservləşdirilmiş və hazır qidalar

Konservləşdirilmiş qidalar və hazır yeməklər həddən çox duz və qatqı maddəsi tərkibli olduğu üçün qan təzyiqini artıraraq cinsi orqanlara qan axımının azalmasına səbəb olur. Bunun nəticəsində isə sərtləşmə problemləri və cinsi gücdə azalma müşahidə edilir.

Təbii olmayan süd və süd məhsulları

Müasir zamanda süd və süd məhsulları artıq antibiotiklərin və hormonların verildiyi inəklərin südündən hazırlanır. Bu cür süd və süd məhsullarının artıq miqdarda yeyilməsi estrogen, progesteron və testosteron kimi seks hormonlarının təbii istehsal mexanizmlərinə təsir edərək seks gücünün və istəyinin azalmasına səbəb olur.