Yatmazdan əvvəl mütləq bunları edin


Digərləri 15 Sen 2018 20:23:00 265 0

Yatmazdan əvvəl mütləq bunları edin

Deyirlər ki, günə necə başlasan, bütün günün o əhval-ruhiyyədə keçəcək.

Əslində günümüzün xoş keçməsi üçün yatmazdan əvvəl bir neçə işi yerinə yetirmək və onu vərdiş halına gətirmək lazımdır.

Son.az publika.az-a istinadən hər kəsin günün sonunda etməli olduğu işlərlə tanış edir:

Elektron avadanlıqları söndürün

Yataq otağına girməzdən əvvəl bütün telefon, planşet və kompüter kimi cihazları söndürün. Beləliklə də bütün gün ekranlara məruz qalan beyninizin dincəlməsinə icazə verin. Ekranlardan gələn mavi işıq yuxu hormonlarının ifrazını azaldır.

Fikirlərinizi toplayın

Başınızda dolaşan fikirlər yuxunu qaçıra və ya gecənin ortasında sizi oyada bilər. Yatmazdan əvvəl bu fikirlərdən uzaqlaşmağa çalışın və ya fikirlərinizi kağıza köçürərək beyninizi rahatlaşdırın.

Mətbəxinizi təmiz saxlayın

Axşam yeməyindən sonra çirkli qabları yuyub təmizləyin. Yatağa getməzdən əvvəl mətbəxə son dəfə nəzər salıb təmiz olduğuna əmin olun. Səhərlər rahatlıqla qəhvə hazırlayıb dadını çıxarın.

Paltar seçimini sabaha salxamayın