Bir şəxs ömrü boyunca 20160 dəqiqə öpüşür –


Digərləri 15 Sen 2018 20:10:00 601 0

Bir şəxs ömrü boyunca 20160 dəqiqə öpüşür –

Almaniyada aparılan bir araşdırma zamanı maraqlı nəticə əldə olunub. 100-dən çox cütlük arasında aparılan araşdırma zamanı iştirakçılardan üçdə ikisinin öpüşərkən başını sağa doğru əydiyi aydınlaşıb. Elm adamlarının fikrincə, öpüşərkən heç bir məqsəd olmadan başımızı sağa doğru əyməmizin səbəbi ana bətnində ikən aldığımız mövqedir. Araşdırmaçılar başı sağa əyməyi təbii davranışın xaricə vurması kimi açıqlayıb.

Öpüşmək əzələləri çalışdırır

Sadəcə bir öpüş üçün 146 əzələmiz koordinasiya olur. Bunların 34-ü üzümüzdə, 112-si isə postural əzələlərdir. Öpüşmə üz əzələlərini çalışdırdığı üçün qan dövranını artırır, qırışların qarşısını alır və yorğunluq hissini azaldır.

Öpüşmək qadağandır

16 avqust 1439-cu ildə VI Kral Henri İngiltərədə öpüşməyi qadağan edir. Bunun səbəbi krallıqda xəstəliklərin yayılmasının qarşısını almaq idi. Daha sonraları 16-cı əsrdə Neapolda öpüşmək sadəcə qadağan olunmaqla qalmadı, ölümlə cəzalandırılırdı.

Fransız öpüşü

Fransız öpüşü üz əzələlərinizin hamısını çalışdırarkən, adi bir yanaqdan öpmə sadəcə iki əzələnizi işlədir.

Öpüş qadağası

1930-cu ildə "Hays Code" adlı serialdan sonra ekranlara senzura gəldi, cütlüklərin yatmış vəziyyətdə öpüşməsi qadağan olundu. 1960-cı illərin sonlarında bu qadağa aradan qaldırıldı.

Öpüşmə rekordu