Qaydaları pozan avtomobillər xüsusi


Digərləri 15 Sen 2018 19:52:00 252 0

Qaydaları pozan avtomobillər xüsusi

Bakı Nəqliyyat Agentliyi dayanma və durma ilə bağlı cərimələrin icrasına başlayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, proses bu gündən başlayıb.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, Bakıda və ətraf ərazilərdə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması istiqamətində ciddi iş aparılır. Artıq həmin texniki vasitələr ilkin sınaqdan uğurla keçib.

Qeyd edək ki, qanunsuz parklanmaya nəzarət kameraları artıq paytaxtın əksər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu ərazilərdə fəaliyyət göstərir. Yollara nəzarət növbəli iş rejimində fasiləsiz olaraq həyata keçirilir. Mais Ağayev deyir ki, dayanma və durma ilə bağlı sürücülərin cərimələnməsi kamera vasitəsi ilə icra olunacaq. Səyyar şəkildə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları fəaliyyət göstərməyəcəklər. Amma tək evakuasiya xidmətindən başqa.


Xəbərə aid video