Azərbaycan və Türkiyə prezidentləri parad iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər


Digərləri 15 Sen 2018 19:53:00 493 0

Azərbaycan və Türkiyə prezidentləri parad iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər

Sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi ilə bağlı keçirilən təntənəli paraddan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qız qalasının qarşısına gəldilər.

Bakı. Sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi ilə bağlı keçirilən təntənəli paraddan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qız qalasının qarşısına gəldilər. Dövlət başçıları burada Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə bağlı hazırlanan xatirə markasını və zərfi imzaladılar. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qız qalasının qarşısında parad iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər. Burada Bakı sakinləri və şəhərimizin qonaqları Prezident İlham Əliyevi və Prezident Rəcəb Tayyib Ərdoğanı böyük coşqu ilə qarşıladılar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin