Şirvanda maşın yaşlı qadının üzərinə aşıb,


Digərləri 15 Sen 2018 19:36:00 243 0

Şirvanda maşın yaşlı qadının üzərinə aşıb,

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Məhəmməd Əsədov küçəsindəki torpaq yolda yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı "10-ZP-823" dövlət qeydiyyat nişanlı minik maşını idarəetmədən çıxaraq kənarda zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb.

Hazırda soyadı məlum olmayan Güldəstə adlı qadın hadisə nəticəsində ölüb. Maşının sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.