Paytaxt sakini: Bakının bolşevikdaşnak işğalından azad edilməsi Malazgird zəfərinə bənzəyir
Siyasət 15 Sen 2018 19:27:00 264 0
Bakının bolşevik-daşnak işğalından azad edilməsi bizim üçün Malazgird zəfərinə bənzəyir.
Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə Azadlıq meydanında keçirilən hərbi paradı izləyən Tural Qarayev deyib.
T.Qarayev bildirib: "Bu gün biz oğuz türklərinin iki qolunun ən böyük zəfər günüdür. Ümid edirik ki, işğal olunmuş torpaqlarımızda da bu cür qələbəni qeyd edəcəyik".
Qeyd edək ki, bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə Azadlıq meydanında hərbi parad keçirilib.
Mənbə: milli.az