Vaqif Cavadov qız futbolçuya uduzdu – VİDEO FOTO


Digərləri 15 Sen 2018 19:14:00 452 0

Vaqif Cavadov qız futbolçuya uduzdu – VİDEO  FOTO

Dünyada məşhur olan Panna Battle (topu ayaqların altından keçirmə) oyunu ikinci dəfə Bakıda keçirilib.

Son.az oxu.az-a istinadən bildirir ki, budəfəki yarışda da həvəskarlarla yanaşı, peşəkarlar iştirak ediblər.

"Keşlə"nin futbolçuları - Vaqif Cavadov, Denis Silva Kruz, Ruslan Nəsirli, "Neftçi"nin legionerləri - Baqaliy Dabo, Dario Frederiko da Silva, eləcə də futzal millimizin və EKOL klubunun üzvü Samir Həmzəyevlə, 17 yaşadək millimizin sabiq üzvü Mariya Semyonova mübarizə aparıb.

Ötən yarışın qalibi olmuş millimizin sabiq üzvü Saşa Yunisoğlu və "Neftçi"nin futbolçusu Ruslan Abışov zədəli olduğu üçün turniri kənardan izləməklə kifayətlənib.

İki braziliyalı - Denis Silva və Dario Frederiko arasında keçirilən görüş, həmçinin millimizin sabiq hücumçusu Vaqif Cavadovun keçirdiyi görüşlər daha maraqlı alınıb. Vaqif Cavadov ilk görüşdə qalib gəlsə də, özündən yaşca kiçik Mariya Semyonovaya və digər iştirakçılara uduzub.


Xəbərə aid video


Xəbərə aid fotolar