Gözlər üçün faydalı meyvətərəvəzlər


Digərləri 15 Sen 2018 19:05:00 383 0

Gözlər üçün faydalı meyvətərəvəzlər

Bir sıra meyvə və tərəvəzlər gözün görmə qabiliyyətini yaxşılaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-oftalmoloq Sevda Bəşirova hansı meyvə və tərəvəzin görmə qabiliyyətinə necə təsir etdiyi barədə məlumat verib.

O bildirib ki, yerkökü karotinoid mənbəyidir və görmə itiliyini artırır. Kəsilmiş malın qaraciyərində olan retinol görmə sinirinin işini yaxşılaşdırır. Yağlı balıq növləri A vitamin və aminturşu mənbəyidir, gözün normal fəaliyyətini təmin edir. İspanaq lüteinlə zəngin olduğuna görə göz bülluru üçün faydalıdır.