ABŞ İranla əməkdaşlıq edən ölkələri hədələdi


Dünya 15 Sen 2018 18:09:00 166 0

ABŞ İranla əməkdaşlıq edən ölkələri hədələdi

ABŞ-ın Tehrana qarşı sanksiyalarının qüvvəyə minməsi bütün ölkələr üçün İranla iqtisadi tərəfdaşlığı köklü şəkildə dəyişəcək, TASS xəbər verir. 

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu brifinqdə ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib.

İranın bank sektoru ilə əməkdaşlıq edəcəyi təqdirdə SWIFT ödəniş sisteminin rəhbərliyinə qarşı sanksiyaların tətbiq edilib-edilməyəcəyinə gəldikdə isə Pompeo bu məsələ ilə bağlı konkret qərardan xəbərsiz olduğunu desə də, noyabrın 1-dək hələ bir sıra qərarların qəbul ediləcəyini vurğulayıb.