Kamal Abdullayev Nardaranda 295 saylı məktəbdə mühazirə oxuyub


Digərləri 15 Sen 2018 17:19:06 299 0

Kamal Abdullayev Nardaranda 295 saylı məktəbdə mühazirə oxuyub

Kamal Abdullayev 15 sentyabr Bilik günündə Prezident İlham Əliyevin yeni açılışını etdiyi Nardaran qəsəbə 295 saylı tam orta məktəbdə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda mühazirə oxuyub.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullayev 15 sentyabr Bilik günündə Prezident İlham Əliyevin yeni açılışını etdiyi Nardaran qəsəbə 295 saylı tam orta məktəbdə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda mühazirə oxuyub. Universitetdən Trend-ə verilən məlumata görə, yeni dərs ilinin başlanması, həmçinin Prezident İlham Əliyevin Nardaran qəsəbə sakinlərinin istifadəsinə verdiyi yeni məktəb binasının açılışı münasibətilə müəllim və şagirdləri təbrik edən akademik K.Abdullayev onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu, ulu öndərin banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, milli-mənəvi dəyərlərimizin qorunması, multikultural ənənələr, ölkəmizdəki tolerantlıq mühiti barədə ətraflı məlumat verib. K.Abdullayev bildirib ki, ümummilli liderin Azərbaycan dövlətinə rəhbərlik etdiyi bütün zamanlarda əsas diqqət yetirdiyi sahələrdən biri məhz xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və onların gələcək nəsillərə çatdırılması olub. Rektor qeyd edib ki, ulu öndərin xalqımızın milli-mənəvi dəyərlərinə müxtəlif istiqamətlərdən nəzər salıb və hər bir istiqamət üzrə xüsusi siyasi iradə nümayiş etdirib. Bu xüsusilə dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, dinimiz, tariximiz, dövlətçiliyimiz və adət-ənənələrimizlə bağlı olub. Bu səbəbdən müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında ulu öndərin rolunun əvəzsiz olduğunu görərik. Ulu öndər azərbaycançılıq ideologiyasının siyasi və dövlətçilik əsaslarını yaradaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, yad təsirlərdən qorumuşdur.