Qaxda dağlıq ərazidə ölən şəxsin meyiti helikopterlə götürüldü


Digərləri 15 Sen 2018 16:54:00 267 0

Qaxda dağlıq ərazidə ölən şəxsin meyiti helikopterlə götürüldü

Qaxda dağlıq ərazidə ölən şəxsin meyiti helikopterlə götürüb.

Son.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Qax rayonunun İlusu kəndi yaxınlığında mürrəkkəb relyefli yüksək dağ massivində aşkar edilmiş Əsgərov Radiq Eldar oğlunun meyitinin götürülməsi ilə əlaqədar keçirilən əməliyyat tədbirləri başa çatıb.

R.Əsgərovun meyiti FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi tərəfindən çətinkeçilən ərazidən çıxarılıb və Aviasiya dəstəsinin "Mi-17" helikopteri ilə Qax rayon mərkəzinə gətirilərək prokurorluq əməkdaşlarına təhvil verilib.​