Yeni savaş anonsu:


Dünya 15 Sen 2018 16:44:00 300 0

Yeni savaş anonsu:

Amerika Dövlətləri Təşkilatının Baş katibi Luis Almaqro Venesuelaya hərbi müdaxiləni istisna etməyib, axar.az xəbər verir.

Son.az bildirir ki, Almaqro bu sözlərini Kolumbiyanın Venesuela ilə sərhəddə yerləşən Kukuta şəhərində çıxışı zamanı deyib.

"Maduronun devrilməsi üçün hərbi müdaxiləyə gəlincə isə biz heç bir variantı istisna etməməliyik. Bu gün Kukutadakı vəziyyət Venesuela diktaturasının yalançılığını açıq formada nümayiş etdirir", - deyə o bildirib.