Tuba Büyüküstünə RƏDD CAVABI


Digərləri 15 Sen 2018 16:49:00 270 0

Tuba Büyüküstünə RƏDD CAVABI

Aktrisa Tuba Büyüküstün və Onur Saylakın boşanmazdan əvvəl "Duymayan Kalmasın" adlı maqazin verilişinə qarşı açdıqları təzminat tələbini məhkəmə rədd edib.

Son.az xəbər verir ki, adıçəkilən veriliş cütlüyün ayrıldığı barədə xəbər hazırladığı və yaydığı üçün aktyorlar onları məhkəməyə vermiş, hətta 50 min TL-lik təzminat istəmişdi.

Verilişin prodüseri Joker Yapımın vəkili Hayati Şahin məhkəmədə bildirib ki, proqramda tərəflərin ayrılacağı və həyatlarında başqa adamlar olduğuna dair iddialar gündəmə gətirilmişdi. Şikayət ərizəsinin mürəkkəbi qurumamış tərəflər boşanıblar. Verilişdə yayımlanan açıqlamaların həqiqətə uyğun olduğu sübuta yetirilib.


Xəbərə aid fotolar