Ali məktəblərə daxil olmuş sağlamlıq imkanları məhdud gənclərlə görüş olub (FOTO)


Digərləri 15 Sen 2018 16:41:00 277 0

Ali məktəblərə daxil olmuş sağlamlıq imkanları məhdud gənclərlə görüş olub (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ali məktəblərə daxil olmuş sağlamlıq imkanları məhdud gənclərlə görüş keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ali məktəblərə daxil olmuş sağlamlıq imkanları məhdud gənclərlə görüş keçirilib. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, nazir Sahil Babayev ali məktəblərə daxil olmuş gəncləri təbrik edərək bildirib ki, ölkəmizdə əlilliyi olan insanlara, o cümlədən sağlamlıq imkanları məhdud gənclərə, onların sosial təminatının artırılmasına, cəmiyyətə inteqrasiyasına daim xüsusi qayğı göstərilib. Prezident İlham Əliyevin uğurlu sosial inkişaf kursu bu istiqamətdə dövlət siyasətinin daha da güclənməsinə, fiziki məhdudiyyətli insanların sosial reabilitasiya və cəmiyyətin həyatında iştirak imkanlarının genişlənməsinə şərait yaradıb. Nazir diqqətə çatdırıb ki, sağlamlıq imkanları məhdud şəxslər üçün Peşə Reabilitasiya və Uşaq Bərpa Mərkəzlərində yaradılan müasir şərait dövlət başçısının sağlamlıq imkanları məhdud şəxslərin sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısının daha bir göstəricisidir. O qeyd edib ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə 2013-cü ilin dekabr ayında açılışı olan Peşə Reabilitasiya Mərkəzi fiziki məhdudiyyətli gənclərin reabilitasiyasında və cəmiyyətə fəal inteqrasiyasında əhəmiyyətli rol oynayır. Burada aparılan çoxşaxəli reabilitasiya tədbirləri onlarda özünə inam hissi, potensial bacarığını üzə çıxararaq aktiv həyat tərzinə doğru irəliləmək əzmi formalaşdırır. Mərkəzdə sağlamlıq imkanları məhdud gənclər müxtəlif peşələrə yiyələnirlər. Uşaq Bərpa Mərkəzi barədə də məlumat verən S.Babayev qeyd edib ki ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının bərpası, tibbi-sosial reabilitasiyası aparılan sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Son illərdə bu sahədə infrastrukturun təkmilləşdirilməsi işləri çərçivəsində ƏƏSMN-nin Uşaq Bərpa Mərkəzində də ən müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Müəssisədə aparılan işlərin davamı kimi, cari ilin 8 ayında burada 2 mindən çox sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator qaydada bərpa müalicəsi xidmətləri göstərilib.