Bu insanlar mütləq yumurta yeməlidir


Digərləri 15 Sen 2018 16:24:00 251 0

Bu insanlar mütləq yumurta yeməlidir

Əvvəllər belə hesab olunurdu ki, yumurta orqanizmdə xolesterinin səviyyəsini qaldırır və ürək-damar sistemi xəstəliklərinin riskini artırır.

Lakin sonrakı elmi araşdırmalar göstərib ki, bu belə deyil və yumurta nəinki xolesterinin səviyyəsini qaldırmır, əksinə ürək-damar sisteminin xəstəliklərinin riskini azaldır. Bu səbəbdən ürək və damar xəstəliklərinin, infarkt və insultun profilaktikası üçün mütləq yumurta yemək lazımdır.

Mütəxəssislər yumurtanı soyuq fəsillərdə yeməyi tövsiyə edir ki, bu immun sistemini möhkəmləndirir.

Son.az sağlamolun.az-a istinadən xəbər verir ki, arıqlamaq istəyənlər mütləq yumurta yeməlidir. Son elmi araşdırmalar göstərir ki, yumurta arıqlamağa kömək edir.

Yumurtanın istehlakı arterial təzyiqi normallaşdırmağa kömək edir.