Mahatma Qandi zövq xatirinə seksə qarşı olub


Digərləri 15 Sen 2018 16:29:00 222 0

Mahatma Qandi zövq xatirinə seksə qarşı olub

Qadınlar və kişilər öz heyvani hisslərinə qalib gəlməlidirlər, seks isə yalnız nəsli davam etdirmək üçün olmalıdır. 

Son.az oxu.az-a istinadla xəbər verir ki, bu fikirlər Hindistan "xalqının atası" Mahatma Qandiyə həsr olunmuş tarixçi Ramaçandra Quxun bioqrafik əsərində yer alıb. 

Həmsöhbətinin cinsi aktın zəifliyinin qadın və kişi arasındakı ailə münasibətlərinə mənfi təsir edəcəyi fikrinə münasibət bildirən Qandi deyib ki, seksə "şəhvət" kimi baxır.

Qandi qeyd edib ki, seks yalnız nəsli davam etdirmək üçün lazımdır. O hesab edirdi ki, qadın və kişilər heyvani hisslərinə nəzarət etməlidir.