PSG-nin prezidenti: "Real-ın davranışları xoşumuza gəlmədi"


İdman 15 Sen 2018 16:20:00 292 0

PSG-nin prezidenti: "Real-ın davranışları xoşumuza gəlmədi"

PSG-nin prezidenti Naser Əl-Xələfi komandanın ulduzu Neymarla Madrid Real-ının maraqlanması iddiaları ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, "kral klubu"nu ittiham edən başqan bunları söyləyib:

"Real-ın davranışları xoşumuza gəlmədi, onlarla bu barədə danışdıq. Real-ın prezidenti Florentino Peresə hörmətimiz böyükdür, amma insanların arxasından iş çevirməsi düzgün deyil. Əgər danışıqlar lazım gəlsə, üz-üzə edərik. Ümid edirəm ki, Real bir daha belə addım atmaz".

Qeyd edək ki, Real-ın Neymarın atası ilə transfer məsələsində danışıqlar apardığı iddia edilirdi.