Gürcüstanın turizmdən gəliri 2 mlrd. dolları ötüb


Dünya 15 Sen 2018 16:04:00 234 0

Gürcüstanın turizmdən gəliri 2 mlrd. dolları ötüb

Bu ilin yanvar-avqust aylarında Gürcüstanın turizmdən əldə etdiyi gəlir 2,2 mlrd. dollar təşkil edib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Bankının analitik hesabatında bildirilib.

Sənədə əsasən, qonşu ölkə xarici turizmdən ən çox gəliri 441 mln. olmaqla avqust, ən az gəliri isə 157 mln. dollar olmaqla yanvar ayında əldə edib.