Atatürk Hava Limanının köçürülməsinə start verildi


Dünya 15 Sen 2018 15:19:00 315 0

Atatürk Hava Limanının köçürülməsinə start verildi

İstanbulda inşa olunan yeni hava limanının istifadəyə verilməsi üçün hazırlıq işləri başa çatmaq üzrədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, artıq Atatürk Hava Limanının texnika və avadanlığının "İstanbul New Airport"a köçürülməsinə başlanılıb. Sentyabrın 14-də yola çıxan 20 ağır tonnajlı maşın mənzil başına çatıb.

Qeyd edək ki, "İstanbul New Airport"unun oktyabrın 29-da - Türkiyə Respublikasının qurulmasının 95-ci ildönümü günü istifadəyə verilməsi planlaşdırılır.