Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanını ziyarət ediblər


Digərləri 15 Sen 2018 15:12:00 253 0

Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Şəhidlər xiyabanını ziyarət ediblər. Burada dövlət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular. Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoydular. Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazdılar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin