UNEC-ə daxil olan prezident təqaüdçülərinin sayı 18 dəfə artıb


Digərləri 15 Sen 2018 14:43:00 245 0

UNEC-ə daxil olan prezident təqaüdçülərinin sayı 18 dəfə artıb

Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər sırasında Prezident təqaüdçülərinin sayına görə UNEC birinci yerdədir.

Bakı. Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçən Prezident təqaüdçülərinin sayı son 4 ildə 18 dəfə artıb. Belə ki, 2014-2015-ci tədris ilində Prezident təqaüdçülərinin sayı 1 nəfər olduğu halda, 2018-2019-cu tədris ilində bu göstərici 18 tələbəyə yüksəlib. Başqa sözlə, II ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 75%-i məhz UNEC-ə üstünlük verib.