“Nisyə cinsi əlaqə üçün gəldiyini bilsəydim...”


Kriminal 15 Sen 2018 14:39:00 264 0

“Nisyə cinsi əlaqə üçün gəldiyini bilsəydim...”

Sumqayıt şəhərində xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Firuz Nəsiblinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, 2017-ci il, noyabrın 9-da Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 78A, mənzil 19-da 58 yaşlı Nuridə Həsənova qətlə yetirilib.

"JEK" işçisi olan Nuridə Həsənovanı 2014-cü ildən etibarən tanıyan, mütəmadi onunla yaxın münasibət quran Firuz Nəsibli qadının külli miqdarda pulu olduğunu zənn edib. O, qadını öldürərək pullarını ələ keçirməyi planlaşdırıb.

Qətl

Hadisə baş verən gün Firuz Nuridə Həsənovanın mobil telefonuna zəng vuraraq, görüşmək istədiyini deyib. Qadının yaşadığı mənzilə gələn Firuz Nəsibli ona çoxsaylı bıçaq zərbələri endirib. Qadının öldüyünə əmin olduqdan sonra otaqların altını-üstünə çevirib, amma heç nə tapa bilməyib.

İstintaq orqanı tərəfindən Firuz Nəsiblinin barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən Firuz Nəsibli "Topaz" oyunlarında iştirak edən şəxslər üçün bilet doldurmaqla gündəlik çörəkpulu qazanıb. Onun "JEK"də işləyən Nuridə Həsənova ilə tanışlığı dörd il öncəyə təsadüf edib. Zemfira adlı qadınla yaxınlıq edən Firuz ilk dəfə Nuridəni də elə həmin qadının evində görüb.

Qətlin səbəbi

Tanışlıq zamanı Firuza "istədiyin vaxt qonağım ola bilərsən" deyib, ona telefon nömrəsini verib, evdə adam olmayanda qəbul edəcəyini söyləyib.

Bundan sonra Firuz Nuridəyə beş-on gündən sonra zəng vurub, Nuridə evində pul müqabilində onunla görüşüb.

"Pul müqabilində intim əlaqədə olur"

Təqsirləndirilən şəxs qismində ifadə verən Firuz Nəsibli elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2014-cü ilin əvvəllərində Sumqayıt şəhərində "Zeynəb" ləqəbli Zenfira adlı qadınla tanış olub və sonuncunun yaşadığı mənzildə görüşərək pul müqabilində onunla intim münasibətdə olub: "1-2 ay sonra Zeynəbin rəfiqəsi olub qonşuluqda yaşayan, Sumqayıt şəhər Mənzil Təsərrüfat İdarəsinin 4 saylı Mənzil İstismar Sahəsində sahə ustası işləyən Nuridə Həsənova ilə tanış oldum. Söhbət zamanı bildim ki, sonuncu da pul müqabilində evində müxtəlif kişiləri qəbul edib, onlarla intim münasibətdə olur, müxtəlif qadınları fahişəliyə cəlb edərək bundan gəlir əldə etmək üçün yaşadığı mənzili fahişəliklə məşğul olan şəxslərə verir".

"20 manata intim münasibətdə olduq"

Firuz Nəsibli qeyd edib ki, tanış olarkən Nuridə Həsənova istədiyi vaxt onun qonağı ola biləcəyini deyib: "Mobil telefon nömrəsini verdiyindən 5-10 gün sonra onunla telefon əlaqəsi saxladım, görüşmək istədiyimi bildirdim. Nuridə məni yalnız evində adam olmayanda axşam saatlarında qəbul edə biləcəyini söylədi, ünvanını izah etdi. Biz 2014-cü ilin mart ayının ortalarında Nuridə Həsənovanın yaşadığı ünvanda 20 manat müqabilində mənzilin yataq otağında intim münasibətdə olduq. Aramızda münasibət yarandı, bundan sonra mütəmadi olaraq Nuridə ilə sonuncunun ailə üzvləri evdə olmayanda, pul müqabilində intim münasibətdə olurduq".