Qadın idmançıya 26 illik cəza


İdman 15 Sen 2018 14:32:00 276 0

Qadın idmançıya 26 illik cəza

Mütləq Döyüş Çempionatı (UFC) iştirakçısı Mara Borella antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.

Goal.az "MMA Today" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı idmançı 26 illik cəzaya məruz qalıb. 

Buna səbəb onun narkotik maddələrin satışı və yayılması ilə ittiham olunmasıdır. O, MMA-nın salonunda narkotik satmaqda günahlandırılır.

Qeyd edək ki, Mara Borella karyerası ərzində 12 qələbə qazanıb və 5 dəfə məğlub olub.