Emeri: "Bu, Avroliqaya olan marağı artırır"


İdman 15 Sen 2018 14:10:00 261 0

Emeri:  "Bu, Avroliqaya olan marağı artırır"

Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Arsenal-ın baş məşqçisi Unay Emeri turnir barədə danışıb.

Goal.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Avroliqanın artıq vacib turnir olduğunu bildirib:

"Əgər komandalar Çempionlar Liqasında oynaya bilmirlərsə, həmin vaxt bu turnir çox vacib olur. Avropa Liqasının qalibi olan komanda Çempionlar Liqasına vəsiqə qazanır. Bu isə turnirə olan marağı artırır. Premyer Liqa və Avroliqa oyunlarına komandanı fərqli start heyətdə çıxarmağı planlaşdırmıram. Bu turnirdə ən yaxşı oyunumuzu nümayiş etdirməliyik".

Qeyd edək ki, Qarabağ Avroliqada ilk ev oyununu oktyabrın 4-ü Arsenal-a qarşı keçirəcək