BDU-nun "Gənc istedadlar" liseyində Bilik günü keçirilib (FOTO)


Digərləri 15 Sen 2018 14:05:00 246 0

BDU-nun "Gənc istedadlar" liseyində Bilik günü keçirilib (FOTO)

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində Bilik günü keçirilib.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində Bilik günü keçirilib. BDU-dan Trend-ə verilən məlumata görə, universitetin rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını təbrik edib, liseyin qazandığı uğurlardan danışıb. Bu il liseyi bitirən 52 şagirdən 11 nəfərinin qızıl medala layiq görüldüyünü diqqətə çatdıran rektor ali məktəblərə qəbul imtahanında 20 nəfərin 600-dan yuxarı bal topladığını, 7 nəfərin isə fərqlənmə attestatı aldığını söyləyib. Qeyd edib ki, liseyin məzunları arasında Almaniya, ABŞ, Türkiyə, Estoniya daxil olmaqla 11 xarici ölkənin ən nüfuzlu universitetlərinə daxil olanlar var. Sabahın alimləri müsabiqəsində 2 nəfər birinci, 8 nəfər isə ikinci yeri tutublar. Ümumilikdə müəyyən vaxtlarda sabahın alimləri müsabiqəsində 1-ci yeri tutan şagirdlər ABŞ-da Azərbaycanı təmsil ediblər. Rektorun sözlərinə görə, bütün bu göstəricilər Azərbaycan təhsilinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.