Türkiyənin xarici işlər naziri Azərbaycan xalqını təbrik edib


Digərləri 15 Sen 2018 13:49:00 192 0

Türkiyənin xarici işlər naziri Azərbaycan xalqını təbrik edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını təbrik edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, M.Çavuşoğlu "Twitter" səhifəsində yazıb:

"Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyini qardaş Azərbaycanla birlikdə qeyd edirik".

Qeyd edək ki, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.