"Saxla” əmrinə tabe olmadı


Digərləri 15 Sen 2018 13:19:00 241 0

"Saxla” əmrinə tabe olmadı

Şabranda "saxla" əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub.

Son.az report-a istinadən xəbər verir ki, Şabran rayon Dövlət Yol Polisi bölməsinin inspektoru, 1981-ci il təvəllüdlü Kənan Əliyev "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Məmməd Heydərova "saxla" əmri verib. 

M.Heydərov əmrə tabe olmayaraq nəqliyyat vasitəsi ilə yol polisi inspektorunu vurub. K.Əliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.