Barcelona Lozano üçün danışıqlara başladı
İdman 15 Sen 2018 13:18:00 297 0
DÇ-2018-də özünü yaxşı tərəfdən göstərən PSV-nin üzvü İrvinq Lozano Avropanın aparıcı klublarının diqqət mərkəzindir.
Goal.az-ın “AS”a istinadən yaydığı xəbərə görə, Meksika millisinin üzvü ilə Atletico, Manchester United, Dortmund Borussia-sı və Barcelona maraqlanır. “Barcelona” artıq 23 yaşlı futbolçunnun transferi üçün onun meneceri ilə danışıqlara başlayıb. Qeyd edək ki, Lozano ötən mövsüm Hollandiya çempionatında 29 oyunda 17 qol vurub.
Mənbə: goal.az