Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib


Digərləri 15 Sen 2018 12:57:00 177 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Azərbaycana rəsmi səfərə gəlib.

Bakı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin