Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı VİDEOÇARX yayıb


Digərləri 15 Sen 2018 12:41:00 288 0

Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı VİDEOÇARX yayıb

Azərbaycan Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı videoçarx hazırlayıb.

Bakı. Azərbaycan Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı videoçarx hazırlayıb. Trend həmin videonu təqdim edir. Qeyd edək ki, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi. Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı. Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayıb, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanıb və xatırlanacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin