Rianna xeyriyyə gecəsi keçirdi, "hədiyyə" oldu


Digərləri 15 Sen 2018 12:24:00 222 0

Rianna xeyriyyə gecəsi keçirdi, "hədiyyə" oldu

Barbados əsilli amerikalı müğənni Rianna Nyu-Yorkda "Diamond Ball" xeyriyyə gecəsi keçirib.

Son.az TMZ-yə istinadən bildirir ki, Nyu-York Moda Şousunun son günündə təşkil olunan tədbir üçün "Cipriani Wall Street" seçilmişdi.

30 yaşlı Rianna "Alexis Mabille Couture" brendinin əsəri olan paltarda idi və o, "canlı hədiyyə"yə bənzəyirdi.

4 ildən bəri hər il keçirilən "Diamond Ball"ı Riannanın yaratdığı və ana nənəsi ilə babasının adlarını verdiyi "The Clara Loinel Foundation" təşkil edir.