Bakı yollarında dayanmadurma qaydalarını pozan sürücülərə qarşı YENİ TƏTBİQ


Digərləri 15 Sen 2018 11:44:00 290 0

Bakı yollarında dayanmadurma qaydalarını pozan sürücülərə qarşı YENİ TƏTBİQ

Paytaxt yollarında dayanma-durma qaydalarını pozan avtonəqliyyat vasitələri müəyyən edilərək qeydə alınır.

Son.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Trend-ə deyib ki, Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır və məqsəd dayanaqlı proqram təminatına söykənən avtomatlaşdırılmış sistemin qurulmasıdır. Əsas məqsəd vətəndaşa müasir, keyfiyyətli və ən əsası şəffaf xidmətin göstərilməsidir:

"Qeyd edilən prinsiplərə nail olmaq üçün parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması istiqamətində ciddi iş aparılır. Prosesin yaxın vaxtlarda yekunlaşması nəzərdə tutulub. Yeni texniki vasitələrin qurulması ilə yanaşı, mövcud potensialdan da istifadə edilir. Qanunsuz Parklanmaya Nəzarət Kameraları sisteminin fəaliyyəti daha təkmilləşdirilib. Sistem vasitəsi ilə yollara nəzarət gücləndirilib".

Onun sözlərinə görə, hazırda həmin kameralar vasitəsilə yollarda dayanma-durma qaydalarını pozan avtonəqliyyat vasitələri müəyyən edilir:


Xəbərə aid fotolar