İsmayıllıda qadınları vahimə içində saxlayan manyak ələ keçdi


Digərləri 15 Sen 2018 11:49:00 284 0

İsmayıllıda qadınları vahimə içində saxlayan manyak ələ keçdi

İsmayıllı rayonunda naməlum şəxs və ya şəxslərin həyətlərə girərək, qadınların alt paltarını oğurlaması faktına görə iki nəfər saxlanılıb.

Son.az oxu.az-a istinadən, məsələ barədə sakinlər tərəfindən hüquq-mühafizə orqanlarına iki müraciət daxil olub.

Birinci fakt üzrə saxlanılan Ceyhun Nəcəfov adlı şəxsin ruhi xəstə olduğu müəyyənləşib.

Digər müraciət isə həyətlərə kiminsə girməsi barədə rayonun Hacıhətəmli kənd sakini Zaur Şirəliyev tərəfindən olub.