Penitensiar Xidmət əməkdaşları Bakıda məhbusun gizlətdiyi silahları aşkarladı (FOTO)


Digərləri 15 Sen 2018 11:46:00 216 0

Penitensiar Xidmət əməkdaşları Bakıda məhbusun gizlətdiyi silahları aşkarladı (FOTO)

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Bakı. Samir Əli - Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Xidmətdən Trend-ə verilən məlumata görə, Penitensiar Xidmətin və 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu RPİ-nin 15- ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 221.3, 228.2.1, 66.2 və 67.1-ci maddələri ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Bodurov Vüqar Nizaməddin oğlunun həbs edilməmişdən əvvəl Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş 3-17 modelli, tək lüləli, 16 kalibrli tüfəng və nömrəsi oxunmayan tapança tipli silah aşkar edilərək götürülüb.