Öldürülən iki uşaq atası yenidən "doğuldu", qatilini tapdı


Dünya 15 Sen 2018 11:14:00 272 0

Öldürülən iki uşaq atası yenidən "doğuldu", qatilini tapdı

BBC-nin 1990-cı ildə ortaya çıxardığı tükürpədən bir olay hər detalı ilə o dönəmin ən səs-küylü hadisələrindən hesab edilir.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, real həyat hadisəsindən bəhs edən olayda reinkarnasiya (ruhun başqa bədənə köçməsi) ilə dirildiyini iddia edən bir uşağın öncəki həyatında onu öldürən qatilini tapmasından bəhs edilir.

Rreinkarnasiya "ölümdən sonra dirilmə" - Ölən insanın ruhunun başqa bir bədənə köçməsi inancıdır.

Titu Singh hələ 2.5 yaşı olarkən ailəsinə elə şeylər danışır ki, sanki başqa bir həyatı yaşamış və o an yeni bir həyatın içərisində imiş kimidir. BBC-nin də yayımladığı reportajda, Titu Hindistanın şimalındakıl Aqra şəhərində bir qədim evi təsvir edib.

Titu iki uşağı olduğunu, uşaqlarını və evini dolandırmaq üçün mağazada çalışdığını deyir. İlk həyatı zamanı təbii ki, adı Titu olmayıb. Ona verilən ad Suresh Verma, arvadının adı da Umadır.

Bu reportajdan öncə Titunu yaxınları ciddiyə almırlar, bunları xəyal gücü ilə yaratdığı düşünülürdü.

Fəqət, azyaşlı uşaq silahla vurulub öldürüldüyünü dedikdən sonra, ailəsinin diqqətini çəkir. Öncəki həyatından qalan xatirələri, Titunun təkcə başından vurulmağından ibarət olmur. Güllə başının sol yanından çıxdıqdan sonra cəsədi yandırılıb və çaya atılıb.

Ailə Titunun qardaşını hadisələrin baş veridiyi Aqraya yollayır. Araşdırma zamanı Aqrada Uma adında 2 uşaq anası olan bir dul qadın tapılır.

Qadın bir dükanda çalışırdı və adı da deyildiyi kimi Suresh idi.


Xəbərə aid fotolar