"Florens" ABŞı vurdu: 5 nəfər ölüb,


Dünya 15 Sen 2018 10:39:00 264 0

"Florens" ABŞı vurdu: 5 nəfər ölüb,

"Florens" tropik qasırğası dünən ABŞ-ın Şimali Karolina ştatını vurub. Gecə saatlarında isə güclü külək və leysan yağışları Şimali Karolina ilə yanaşı, Cənubi Karolinada sahilboyu daşqınlara səbəb olub.

Son.az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Milli Qasırğaların Müşahidə Agentliyinin (National Hurricane Center) yaydığı məlumata görə, "Florens" tropik qasırğası Şimali Karolinadakı Raytsvil şəhərindən ölkənin içlərinə doğru sürətlə hərəkət edir.

Uilminqton şəhərində qasırğanın küləyinin sürəti 169 km/saata qədər güclənib.

Dağılan oteldən 70 nəfər təlxiyyə olunub. Sahilboyu bölgəldərdə yaşayan 372 min insan işıqsız qalıb.

"Florens" indi ABŞ-ın cənubuna doğru hərəkət edir.

Leysan yağışlarının və daşqınlarının ən azı bir neçə gün davam edəcəyi, 900 mm yağıntı düşəcəyi gözlənilir.

Şimali Karolinadakı Emerald-Ayl şəhərini 1,92 metr yüksəklikdə su basıb.

Nyu Bern şəhərinin sakinləri təcili təlxiyyə olunublar.

Təlxiyyə ilə Fövqəladə Hallar üzrə Federal Agentliyin (FEMA) əməkdaşları və Milli Qvardiyanın hərbçiləri məşğul olurlar.